Fələstinin "müşahidəçi dövlət" statusuna yüksəldilməsi məmnunluqla qarşılandı
Ramallah, 6 İyun (Hibya) – Fələstin Xarici İşlər Nazirliyi, Fələstinin Beynəlxalq Əmək Təşkilatında "müşahidəçi dövlət" statusuna yüksəldilməsini məmnunluqla qarşıladığını bildirib.
Nazirlikdən verilən açıqlamada bildirilir ki, işğalçıların bu qərarın qəbulunu əngəlləmək cəhdlərinə baxmayaraq, Beynəlxalq Əmək Təşkilatının Fələstinin üzvlüyünü "milli azadlıq hərəkatı"ndan "üzv olmayan müşahidəçi dövlət" statusuna qaldırması ilə bağlı tarixi qərarı alqışlanıb.
Açıqlamada, bu qərarı açıq şəkildə dəstəkləyən ölkələrin mövqeyi yüksək qiymətləndirilib və dəstək verməyən, mənfi səsləri ilə özlərini təcrid edən ölkələrə mövqelərini yenidən gözdən keçirməyə və beynəlxalq hüquqa uyğun mənəvi əksəriyyətə qoşulmağa çağırış edilib.
Azərbaycan İnformasiya Agentliyi