BMT İnsan Hüquqları Ali Komissarı Türk: Müxtəliflik ən böyük gücümüzdür
Nyu-York, 10 iyun (Hibya) – BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk dünyada artan sosial parçalanmalara qarşı müxtəlifliyin qorunması və hər kəsin hüquqlarının müdafiə olunmasına çağırış edib.
Volker Türk bildirib: “Müxtəliflik bizim ən böyük gücümüzdür. Ekosistemlər müxtəlif canlıların birgə və ahəngdar yaşaması ilə inkişaf etdiyi kimi, cəmiyyətlər də fərqliliklərin qəbul edilməsi və dəstəklənməsi ilə güclənir.”
Türk dünyada artan qütbləşməyə diqqət çəkərək deyib: “Artan parçalanmalara qarşı hər bir insanın ləyaqəti və hüquqları uğrunda bir yerdə durmalıyıq.”
Azərbaycan İnformasiya Agentliyi