Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rubio vurğulayıb ki, ABŞ adıçəkilən ölkələrin İsrail hökumətinin iki üzvünə qarşı tətbiq etdiyi sanksiyaları pisləyir.

Onun sözlərinə görə, bu sanksiyalar ABŞ-ın atəşkəsə nail olmaq, bütün girovları azad etmək və müharibəyə son qoymaq məqsədilə apardığı səyləri irəli aparmır.

“Hər cür bərabərlik iddiasını rədd edirik: HƏMAS qeyri-insani vəhşiliklər törədən, günahsız mülki şəxsləri girov saxlayan və Qəzza xalqının sülh içində yaşamasına mane olan terror təşkilatıdır. Tərəfdaşlarımıza əsl düşmənin kim olduğunu unutmamalarını xatırladırıq.”

Rubio bildirib: “Amerika Birləşmiş Ştatları sanksiyaların ləğvini qəti şəkildə dəstəkləyir və İsrailin yanındadır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp