Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Trampın çıxışından bəzi əsas fikirlər:

“Tanrı Amerika ordusunu qorusun, Tanrı Amerikaya rəhm etsin. Heç kim Amerika ordusuna qarşı çıxmaq istəmir. Ciddi deyirəm, heç kim bizə qarşı olmaq istəmir.”

“Bu həftə planet tarixində ən güclü döyüş qüvvəsinin 250 illiyini qeyd edəcəyik. 250 il ərzində əsgərlərimiz düşmənləri məhv edərək alovlardan keçib və heç bir qüvvə onlara yaxınlaşa bilməyib.”

“Amerika ordusuna meydan oxuyanlar qarşısında dayanıqlı sarsılmaz bir qüvvə gördülər və tarix göstərir ki, bizi təhdid etməyə çalışan hər kəs Amerika ordusu və əsgərləri tərəfindən bütün dünyada sonsuzluğa və yoxa sürüklənib.”

“Hər kəs Amerika ordusundan qorxur – dünyanın ən güclü ordusu bizə məxsusdur. Bütün dünya silahlı qüvvələrini gücləndirməyə çalışır, amma heç kim biz qədər güclü deyil. DAEŞ-in məhv edilməsinin 5 il çəkəcəyi söyləndi – biz bunu bir neçə həftədə yerinə yetirdik.”

“Biz təhlükəsizik, çünki siz cəsur olursunuz. Amerika bayrağı heç vaxt düşməyəcək, çünki Amerika ordusu heç vaxt məğlub olmayacaq.”

“Amerika bayraqlarını yandıranlar bir il həbs edilməlidir. Baxaq görək bacararıqmı? Çalışırıq.”

“Nə Los-Ancelesdə, nə də başqa yerdə – heç kim bizi yolumuzdan döndərə bilməz. Onların heç bir şansı yoxdur.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp