Cənubi Koreya Horizon Europe proqramına qoşuldu
Brüssel, 17 iyul (Hibya) – Avropa Komissiyasının sədri Ursula fon der Leyen Cənubi Koreya Respublikasının Horizon Europe proqramına qoşulduğunu elan edib.
Fon der Leyen bu günü elm və əməkdaşlıq baxımından möhtəşəm bir gün adlandırdı.
O bildirib ki, Cənubi Koreya Horizon Europe proqramına qoşulub və əlavə edib:
“Dünyanın ən böyük innovasiya proqramı olan bu təşəbbüsü növbəti Aİ büdcəsində ikiqat artırmağı təklif edirik. Birlikdə rəqəmsal texnologiyalardan təmiz texnologiyalara qədər qabaqcıl araşdırmaları irəli aparacağıq.”
Azərbaycan İnformasiya Agentliyi