Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Dar bildirib ki, Azərbaycan və Ermənistanın otuz ildən artıq davam edən mübahisənin həlli istiqamətində atdığı qəti addım tarixi bir andır.

Prezident İlham Əliyevin bu prosesi idarə etməkdə göstərdiyi vizionu və qətiyyəti yüksək qiymətləndirən İshaq Dar deyib: “ABŞ Prezidenti Donald Trampın bu irəliləyişin asanlaşdırılmasında oynadığı rolu dərin qiymətləndirirəm. Həmçinin Azərbaycanın Ermənistanla sülh yolunda irəliləməsi münasibətilə qardaşım, xarici işlər naziri Ceyhun Bayramovu səmimi qəlbdən təbrik edirəm.”

Dar ümid etdiyini bildirib ki, bu dönüş nöqtəsi Qafqazda keçmişin acı kölgələrindən uzaq, sülh, sabitlik və ümid üzərində qurulmuş bir gələcəyin yolunu açacaq.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp