Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Görüşdən sonra Zelenski Böyük Britaniyaya verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

O, Ukrayna və Böyük Britaniyanın davamlı sülhə nail olmaq üçün ortaq baxışa sahib olduğunu vurğulayıb və prosesin dalana dirənməsinə səbəb olan Rusiya yanaşmasına qarşı xəbərdarlıq edib.

“Aydın addımlar atılmalı və Ukrayna ilə tərəfdaşları arasında maksimum koordinasiya təmin edilməlidir”, – deyə Zelenski bildirib və Böyük Britaniya, ABŞ və digər müttəfiq ölkələrin müharibəni bitirməkdəki qətiyyətini yüksək qiymətləndirib.

Zelenski qeyd edib ki, Ukrayna konstruktiv diplomatiya üçün fəal şəkildə çalışır, qərarların icra oluna bilməsi üçün səy göstərir və tərəflər arasında təmaslar davam edəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp