Fələstin Ficianın Qüdsdə səfirlik açmaq qərarını pislədi
Ramallah, 18 sentyabr (Hibya) – Fələstin Xarici İşlər Nazirliyi Ficianın Qüdsdə səfirlik açmaq qərarını qınadı.
Nazirlik, Ficiya Respublikasının işğal altındakı Qüdsdə səfirlik açmasına etiraz etdiyini bildirərək bu addımı pislədi.
Bəyanatda qeyd olunur ki, bu, Fələstin xalqına qarşı hücum, beynəlxalq hüququn və müvafiq BMT qətnamələrinin açıq şəkildə pozulması, eləcə də iki dövlətli həllin həyata keçirilməsinə birbaşa təhdiddir.
“Nazirlik təsdiq edir ki, İsrailin Qüdsdə atdığı bütün addımlar beynəlxalq hüquqa əsasən etibarsız və hökmsüzdür. Nazirlik Ficianı qərarını yenidən nəzərdən keçirməyə və geri götürməyə, beynəlxalq hüquqa və beynəlxalq sülh iradəsinə riayət etməyə çağırır.”
Azərbaycan İnformasiya Agentliyi