Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin bəyanatında İsrailin Qəzzadakı Latın Kilsəsinə hücumu ən sərt şəkildə pislənilib.

Bəyanatda qeyd olunub ki, bu hücum nəticəsində çoxlu şəhid, yaralı və kilsə binasında ciddi dağıntı olub.

“Nazirliyimiz bu hücumu işğalçı qüvvələrin Qəzza zolağında ibadət yerləri, xəstəxanalar, məktəblər və sığınacaqlar da daxil olmaqla, insan həyatına qarşı törətdiyi soyqırımı çərçivəsində qiymətləndirir”, – deyə bəyanatda bildirilir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp