Fələstin Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sülh sazişini dəstəkləyir
Ramallah, 9 avqust (Hibya) – Fələstin Xarici İşlər və Mühacirət Nazirliyi Azərbaycan ilə Ermənistan arasında əldə olunan sülh sazişini məmnuniyyətlə qarşıladığını bildirib.
Qeyd olunub ki, ABŞ və digər tərəflərin vasitəçiliyi ilə əldə edilən bu saziş beynəlxalq təhlükəsizlik və sülhün möhkəmləndirilməsinə töhfə verəcək.
Nazirlik bu tarixi sazişin mübahisələrin sülh yolu və danışıqlar vasitəsilə həllinin vacibliyini bir daha ortaya qoyduğunu vurğulayıb.
Bəyanatda, həmçinin, ABŞ Prezidenti Donald Trampın bu sülh prosesindəki rolunun yüksək qiymətləndirildiyi və onun Fələstin-İsrail məsələsində də oxşar konstruktiv yanaşma nümayiş etdirməsi çağırışı yer alıb. Nazirlik beynəlxalq legitimlik qərarları və beynəlxalq hüquq əsasında Fələstin xalqının azad və ləyaqətli bir həyat sürmək hüququnun tanınmasının vacibliyini vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi