Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Nazirliyin bəyanatında qeyd olunur ki, Smotriçin fikirləri İsrail hökumətinin ərəb və islam ölkələrinə qarşı qəbul etdiyi nifrət və təxribat ritorikasının davamıdır. Fələstin rəsmiləri vurğulayıblar ki, Səudiyyə Ərəbistanı müstəqil Fələstin dövlətinin yaradılması və İsrailin fələstin xalqına qarşı hücumlarının dayandırılması istiqamətində beynəlxalq səylərə rəhbərlik edir.

Bəyanatda əlavə olunub ki, İsrail nazirinin sözləri təkcə Səudiyyə Ərəbistanına deyil, bütün ərəb və islam dünyasına qarşı təhqirdir. Mövcud İsrail hökumətinin ifrat siyasətləri, beynəlxalq hüquqa məhəl qoymaması və fələstin xalqına qarşı törətdiyi cinayətlər diqqət çəkir.

Nazirlik beynəlxalq ictimaiyyəti bölgədə gərginliyi artırmağa yönəlmiş bu kimi irqçi və düşmənçilik dolu bəyanatları pisləməyə və başda Səudiyyə Ərəbistanı olmaqla, ərəb ölkələrinin sülh təşəbbüslərini dəstəkləməyə çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp