Fənərbaxça Ştutqartı məğlub etdi
Fənərbaxça UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü oyununda Almaniyanın Ştutqart komandasını 1-0 hesabı ilə məğlub etdi.
Fənərbaxça İstanbulda yerləşən Şükrü Saracoğlu Stadionunda keçirilən görüşdə Ştutqartla qarşılaşdı. Oyunu hakim Yakob Kehlet idarə edirdi.
21-ci dəqiqədə Ştutqartdan Bilal El Khannouss sarı vərəqə aldı.
27-ci dəqiqədə Fənərbaxçadan Edson Alvarez, 32-ci dəqiqədə isə Ştutqartdan Anqelo Stille xəbərdarlıq aldı.
34-cü dəqiqədə Kerem Aktürkoğlu penalti zərbəsini dəqiq yerinə yetirərək Fənərbaxçanı 1-0 önə keçirdi.
Görüş Fənərbaxçanın 1-0 hesablı qələbəsi ilə başa çatdı.
Fənərbaxça qrup mərhələsinin dördüncü oyununda 6 noyabr, cümə axşamı günü saat 23:00-da Çexiya təmsilçisi Viktoria Plzen ilə qarşılaşacaq.
Azərbaycan İnformasiya Agentliyi