Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

G7 xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi birgə bəyanatla Çinin təxribat xarakterli addımlarından, xüsusən də son vaxtlar Tayvan ətrafında keçirdiyi genişmiqyaslı hərbi təlimlərdən dərin narahatlıqlarını bildiriblər.

Bəyanatda qeyd edilib ki, bu getdikcə artan və sabitliyi pozan fəaliyyətlər Tayvan boğazında gərginliyi artırır, qlobal təhlükəsizlik və rifaha təhdid yaradır.

“G7 üzvləri və daha geniş beynəlxalq ictimaiyyət Tayvan boğazında sülh və sabitliyin qorunmasında maraqlıdır. Biz zorakı və ya təzyiqlə olanlar da daxil olmaqla, bu sülh və sabitliyə təhdid yaradan istənilən birtərəfli addımlara qarşıyıq. G7 üzvləri tərəflər arasında konstruktiv dialoq vasitəsilə problemlərin dinc yolla həllini təşviq etməyə davam edirlər.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp