Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Lazzarini bildirib: “Bu səhər Qüds Bələdiyyəsindən olan İsrail rəsmiləri İsrail Təhlükəsizlik Qüvvələrinin müşayiəti ilə Şərqi Qüdsdəki 6 UNRWA məktəbinə zorla daxil oldular. Məktəblərə 30 gün qüvvədə olacaq bağlanma qərarları təqdim etdilər.”

Filip Lazzarini vurğulayıb ki, işğal altındakı Şərqi Qüdsdəki UNRWA məktəbləri fələstinli qaçqın uşaqlara təhsil verir: “Təxminən 800 oğlan və qız şagird bu bağlanma qərarlarından birbaşa təsirlənəcək və məktəb ilini başa vurmaq şansını itirə bilər. UNRWA məktəbləri BMT-nin imtiyazları və toxunulmazlığı ilə qorunur. Bu günki icazəsiz müdaxilələr və bağlanma əmrləri bu qorumanın və İsrailin beynəlxalq hüquq çərçivəsindəki öhdəliklərinin pozulmasıdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp