Gebreyesus: Afrikanın sədəqəyə ehtiyacı yoxdur
Cenevrə, 5 avqust (Hibya) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Afrikanın sədəqəyə ehtiyacı olmadığını bəyan edib.
ÜST baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, Afrikanın ədalətli şərtlərə ehtiyacı var.
O qeyd edib ki, hökumətlər xalqlarına və səhiyyəyə investisiya yatırmaq üçün liderliyə ehtiyac duyurlar: “Ədalətli şərtlərlə kredit təqdim etmək üçün kreditorlardan liderliyə ehtiyacımız var. Paralel strukturlar qurmaq əvəzinə milli sistemləri gücləndirmək üçün donorların liderliyinə ehtiyacımız var.”
Azərbaycan İnformasiya Agentliyi