Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstan Baş naziri Kiryakos Mitsotakis ilə telefon danışığı aparıb.

Zelenski bildirib ki, ukraynalılar üçün daha güclü müdafiə təmin etmək imkanlarını müzakirə ediblər. “Hava hücumundan müdafiə qabiliyyətimizin gücləndirilməsini müzakirə etdik. Bu, xüsusilə indiki dövrdə çox vacibdir, çünki Rusiya Ukraynaya qarşı daha amansız hücumlar həyata keçirməyə davam edir. Həmçinin NATO üzvü ölkələrlə birgə tətbiq etdiyimiz Amerika silahlarının alınmasına dair yeni bir mexanizmdən bəhs etdim. Hər bir ölkənin töhfəsi müdafiəçilərimizi həqiqətən daha güclü edə bilər,” – deyə o qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp