Gebreyesus: Sülh, fələstinlilərin əzablarını dayandırmağın yeganə yoludur
Cenevrə, 14 avqust (Hibya) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus əlilliyi olan fələstinlilərin ciddi və artan ehtiyaclarını müzakirə etmək üçün bir sıra koalisiya nümayəndələri ilə görüşüb.
Gebreyesus, Qəzza və İordan çayının qərb sahilindəki əlilliyi olan fələstinlilərin ciddi və artan ehtiyaclarını müzakirə etmək üçün Fələstin Əlillər Ümumi İttifaqı, Fələstin Əlillər Koalisiyası, Ərəb Əlillər Təşkilatı, Əlillər üçün Ədalət Koalisiyası və Beynəlxalq Əlillik Alyansının nümayəndələri ilə görüşüb.
O bildirib ki, tərəflər təcili ehtiyaclar barədə razılığa gəliblər. Bunlara daxildir: Qəzzaya tibbi yardım çərçivəsində köməkçi texnologiya və avadanlıqlardan istifadəyə icazə verilməsi; Qəzzada təmin olunmayan xüsusi qayğı üçün tibbi təxliyələrin genişləndirilməsi; əlil qadınların reproduktiv sağlamlıq xidmətlərinə çıxışının təmin edilməsi; əlil şəxslər üçün ixtisaslaşmış tibbi xidmət və reabilitasiyanı təmin etmək məqsədilə səhiyyə sisteminin yenidən qurulmasına dair hərtərəfli uzunmüddətli plan; və hər şeydən önəmlisi atəşkəs.
Gebreyesus sülhün, əlillər də daxil olmaqla, fələstinlilərin əzablarını dayandırmağın yeganə yolu olduğunu vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi