Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Zelenski Argentina Prezidenti Xavyer Milei ilə görüşüb.

Tərəfdaşlarla son təmaslar barədə məlumat verən Zelenski, Ukraynanın ədalətli sülhə və etibarlı təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğu mövqeyini vurğulayaraq deyib: “Xavyer bu istiqamətdə şəxsi səy göstərməyə hazırdır. Təşəkkür edirəm!”

Zelenski həmçinin qeyd edib ki, Argentinanın iqtisadi nailiyyətləri, xüsusən də liberallaşma və inflyasiya ilə mübarizə sahəsindəki uğurları müzakirə olunub: “Bu mühüm nəticələrə görə Xavyeri təbrik etdim. Ukrayna bu təcrübəni öyrənməkdə maraqlıdır və bunu etmək imkanının olub-olmadığını müzakirə etdik.”

O bildirib ki, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr formatının yenidən başlanması barədə razılığa gəlinib: “Komandalarımız bunun mümkün olan ən qısa müddətdə həyata keçirilməsini təmin etmək üçün fəal çalışacaqlar. Növbəti təmaslarımız barədə razılaşdıq və Xavyeri Ukraynada görməkdən məmnun olacağam.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp