Grandi Papa Lev XIV-ü ziyarət etdi
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi Papa Lev XIV-lə görüşdü.
Grandi səfər barədə belə dedi: “Papa Lev XIV-lə tanış olmaq böyük bir imtiyazdır və onun Katolik Kilsəsinin insanlığa — xüsusilə kasıblara, müharibə qurbanlarına, qaçqınlara və məcburi köçkünlərə — sədaqətini təsdiqlədiyini eşitmək çox ruhlandırıcı bir mesajdır.”
Azərbaycan İnformasiya Agentliyi