Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Çərşənbə günü Tramp iddia edib ki, Modi ona “bu gün” Hindistanın Rusiya nefti alımını dayandıracağına dair zəmanət verib.

Tramp jurnalistlərə deyib: “Hindistanın neft alması mənim xoşuma gəlmirdi və Modi bu gün mənə Rusiyadan neft almayacaqlarına dair zəmanət verdi. Bildiyiniz kimi, bunu dərhal etmək mümkün deyil. Bu bir az uzun prosesdir, amma tezliklə başa çatacaq,” – deyə əlavə edib ki, eyni məsələ ilə bağlı Çini də inandıracaq.

Lakin cümə axşamı keçirilən mətbuat konfransında hind rəsmiləri ABŞ prezidentinin iddiasını təkzib edərək bildiriblər: “Dünən Baş nazir Modi ilə ABŞ Prezidenti Tramp arasında telefon danışığı olmayıb.”

Kreml ilə sıx əlaqələri qoruyan Hindistan, Ukraynanın işğalından bəri Rus neftinin ən böyük alıcılarından birinə çevrilib.

Hindistan qəti mövqe nümayiş etdirərək bildirib ki, ABŞ-a enerji ehtiyaclarını müəyyənləşdirməyə və ya Soyuq Müharibə dövrünə gedib çıxan Rusiya ilə münasibətlərinə qarışmağa icazə verməyəcək. Rusiya həmçinin Hindistanın ən böyük silah tədarükçüsü olaraq qalır.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp