Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Lazzarini deyib ki, təhsilin bərpası dağıntılar arasında ümid, şəfa və davamlılıq gətirəcək və Qəzza zolağındakı uşaqları yenidən təhsilə qaytarmaq əsas prioritetdir.

“Buna nail ola bilməmək yalnız ümidsizlik və radikalizmin toxumlarını səpəcək. Atəşkəsdən əvvəl 60 mindən çox uşaq UNRWA-nın məcburi köçkünlər üçün ictimai sığınacaqlarda yaratdığı Müvəqqəti Təhsil Məkanlarından faydalanırdı. Bu məkanlar uşaqlara müharibədən bir qədər dincəlmək imkanı verir, əsas öyrənmə və oyun fəaliyyətləri təklif edirdi.”

O əlavə edib ki, atəşkəs qüvvəyə mindikdən sonra bu məkanların sayı artırılıb ki, yeni ərazilərdə təhsilə çıxış mümkün olsun. “Qış yaxınlaşdıqca, uşaqları soyuqdan qorumaq üçün təcili olaraq minlərlə çadır və brezent gətirməliyik,” – deyə o bildirib.

Lazzarini vurğulayıb ki, demək olar ki, bütün məktəb binaları dağıdılıb və ya ciddi zədələnib: “Onların yenidən qurulması və bərpası vaxt və resurs tələb edəcək. İtirməyə vaxt yoxdur.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp