ÜST: Konqoda Ebolaya yoluxan son şəxs evə buraxılıb
Cenevrə, 19 oktyabr (Hibya) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus, Konqo Demokratik Respublikasında Ebolaya yoluxan son şəxsin müalicə mərkəzindən buraxıldığını açıqlayıb.
Qebreyesus bildirib ki, Konqo Demokratik Respublikasından çox yaxşı xəbərlər gəlib — Ebolaya yoluxan son şəxs müalicə mərkəzindən evə buraxılıb.
O qeyd edib ki, bu epidemiya zamanı zərər çəkən 64 nəfərdən 19-u sağalıb. “Təəssüf ki, digərləri həyatını itirib. 25 sentyabrdan bəri yeni hadisə qeydə alınmayıb,” – deyə əlavə edib.
Qebreyesus deyib: “Bu gün mühüm bir mərhələdir və əgər yeni hallar təsdiqlənməsə, 42 günlük gerisayımın sonunda epidemiya rəsmi olaraq bitmiş elan ediləcək.”
Azərbaycan İnformasiya Agentliyi