IDF: Bölgədə təhlükəsizlik və asayişin təmin edilməsi üçün qətiyyətlə işləməyə davam edəcəyik
Qüds, 8 Aprel (Hibya) – İsrail Müdafiə Qüvvələri (IDF) bəyan edib ki, bölgədə təhlükəsizlik və asayişin təmin olunması üçün qətiyyətlə işləməyə davam edəcəklər.
IDF-in açıqlamasında qeyd olunub ki, Efraim Briqadasının məsuliyyət zonasında yerləşən Bidya kəndi yaxınlığında bir neçə israilli mülki şəxsin fələstinli toy salonuna od vurması barədə məlumat daxil olub.
Məlumat daxil olduqdan sonra təhlükəsizlik qüvvələrinin hadisə yerinə çatdığı və araşdırmaya başlandığı qeyd olunan açıqlamada belə deyilir:
“Hadisə zamanı xəsarət alan olmayıb. İsrailin Şomron-Yehuda bölgəsindəki polisi və Daxili Təhlükəsizlik Xidməti (Şabak) tərəfindən birgə istintaq başladılıb. IDF bu cür hadisələri pisləyir və bölgədə təhlükəsizlik və asayişin təmin olunması üçün qətiyyətlə çalışacaqdır.”
Azərbaycan İnformasiya Agentliyi