İDF: Həlak olmuş iki girova aid tabutlar Qırmızı Xaça təhvil verildi
Qüds, 21 oktyabr (Hibya) – İsrail Müdafiə Qüvvələri (İDF) bildirib ki, həlak olmuş iki girova aid tabutlar Qırmızı Xaça təhvil verilib.
İDF-nin açıqlamasında qeyd olunub ki, Qırmızı Xaçdan alınan məlumata əsasən, həlak olmuş iki girovun tabutları təşkilata təhvil verilib və hazırda Qəzza Zolağındakı İDF qüvvələrinə doğru yoldadır.
Açıqlamada həmçinin vurğulanıb ki, HƏMAS-dan razılaşmaya əməl etməsi və girovların geri qaytarılması üçün zəruri səyləri göstərməsi gözlənilir.
Azərbaycan İnformasiya Agentliyi