Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya xarici işlər naziri Sergey Lavrov, Yəmən Prezidentlik Liderlik Şurasının sədr müavini və Cənub Keçid Şurasının sədri Aiderous Al Zubaidini qəbul edib.

Tərəflər ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə sadiqliklərini bir daha təsdiqləyib və ticarət, iqtisadiyyat və humanitar sahələrdə çoxşaxəli əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı Yəməndə və ətraf bölgədə baş verən hadisələrə xüsusi diqqət yetirilib. BMT himayəsi altında genişmiqyaslı milli dialoqun ən qısa zamanda başlanmasının, mövcud problemlərə qarşılıqlı qəbul edilə bilən həllərin işlənməsi və Yəməndəki qarşı tərəflərin mövqelərinin yaxınlaşdırılması baxımından vacib olduğu qeyd olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp