Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bağayi ABŞ rəsmilərinin təxminən 18 il əvvəl Cənub-Qərbi Asiyada naməlum ərazidə itkin düşmüş amerikalı Robert Levinson işində bəzi İran vətəndaşlarının iştirakı barədə son iddialarını əsassız, diqqət yayındıran və yanıltıcı adlandırıb.

Bağayi bildirib ki, “Son 18 il ərzində bu işlə bağlı İrana qarşı təkrarlanan ittihamlara baxmayaraq, ABŞ rəsmiləri həmin şəxsin İran ərazisinə daxil olduğuna və ya onunla bağlı hadisənin İranda baş verdiyinə dair heç bir konkret sübut və ya sənəd təqdim etməyiblər. Sadəcə əvvəlki ittihamları təkrarlayıblar.”

Mətbuat katibi qeyd edib ki, İran vətəndaşlarını ittiham etmək ABŞ-ın bu işlə bağlı faktlar qarşısında öz ictimaiyyətinə hesabat verməkdən qaçmaq üçün istifadə etdiyi klişe bir üsuldur.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp