Prezident Ərdoğan Rusiya Prezidenti Putinlə telefonla danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Danışıq zamanı Türkiyə ilə Rusiya arasındakı ikitərəfli münasibətlər və regional, qlobal inkişaflar müzakirə olunub.
Prezident Ərdoğan bildirib ki, Suriyanın Süveyda bölgəsindən təhlükəsizlik qüvvələrinin çıxarılmasından sonra baş verən toqquşmalar təkcə həmin bölgəyə deyil, ətraf ərazilərə də təhdid yaradır. O, İsrailin Suriyanın suverenliyinə hörmət etməsinin vacibliyini vurğulayıb.
Ərdoğan qeyd edib ki, Türkiyə Suriyada sabitliyin və təhlükəsizliyin təmin olunmasına üstünlük verir və ölkənin yenidən qurulmasının da məqsəd olduğunu bildirib.
Ərdoğan, həmçinin Rusiya və Ukrayna arasında üçüncü danışıqlar raundunun başlanmasının vacibliyinə toxunub. Tərəflər uyğun tarixlər müəyyən etdikdə, Türkiyənin bu görüşlərə İstanbulda ev sahibliyi etməyə davam edəcəyini qeyd edib.
Azərbaycan İnformasiya Agentliyi