Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Qətər Dövləti İsrail qüvvələrinin İbrahim Məscidinin idarəçiliyini və nəzarətini Fələstin Əvakif və Dini İşlər Nazirliyindən və Əl Xəlil Bələdiyyəsindən Kiryat Arba yaşayış məntəqəsindəki Yəhudi Dini Şurasına vermək planını qəti şəkildə qınayır.

Bəyanatda qeyd olunur ki, Qətər bu addımı beynəlxalq hüququn və BMT-nin qərarlarının açıq pozuntusu və dünya üzrə müsəlmanlara qarşı qəsdən təşəbbüs kimi qiymətləndirir.

“Xarici İşlər Nazirliyi, Qətərin işğal olunmuş Fələstin torpaqlarındakı İbrahim Məscidi və digər müqəddəs yerlərin tarixi və hüquqi statusunu dəyişdirməyə yönəlmiş hər cür cəhdləri qəti şəkildə rədd etdiyini təkrar edir. Beynəlxalq ictimaiyyəti, Fələstindəki dini müqəddəs yerləri qorumaqla və İsrail işğalçı hakimiyyətlərinə Fələstin xalqının kimliyini məhv etmə cəhdlərindən vaz keçmələri üçün təzyiq göstərməklə əxlaqi və hüquqi öhdəliklərini yerinə yetirməyə çağırır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp