İran Hindistanı Müstəqillik Günü münasibətilə təbrik etdi
Tehran, 15 avqust (Hibya) – İran Xarici İşlər Nazirliyi Hindistanın Müstəqillik Günü münasibətilə bəyanat yayıb.
Nazirliyin bəyanatında qeyd olunur ki, İran İslam Respublikası, Hindistan Respublikası xalqına və hökumətinə Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərini çatdırır.
Bəyanatda deyilir: “Hər iki ölkənin xalqlarımız üçün faydalı hesab etdiyi bütün sahələrdə qarşılıqlı hörmət və ortaq maraqlar əsasında ikitərəfli münasibətləri və əməkdaşlığı inkişaf etdirməyə qərarlıyıq.”
Azərbaycan İnformasiya Agentliyi