İran: İsrail hücumlarında təxminən 80 nəfər öldü
Nyu-York, 14 İyun (Hibya) – İranın BMT-dəki daimi nümayəndəsi Əmir İravani bildirib ki, cümə günü İsrailin İrana hava hücumları nəticəsində 78 nəfər həlak olub.
İravani BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib: “Hazırda 78 nəfər. Onların arasında yüksək rütbəli hərbi rəhbərlər də var.”
Diplomatın sözlərinə görə, 320 nəfər də yaralanıb.
Cümə gecəsi İsrail Müdafiə Qüvvələri İranın nüvə obyektlərinə hücum edib.
Azərbaycan İnformasiya Agentliyi