Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Əsmaeil Baqayi, İsrailin xüsusilə paytaxt Dəməşq olmaqla Suriyanın müxtəlif bölgələrinə həyata keçirdiyi genişmiqyaslı hava hücumlarını qınadı.

Baqayi bildirdi: “İsrail rejiminin bölgədə sülh və sabitlik üçün ən böyük təhdid olduğu artıq hər kəsə aydındır. Bu rejim, başda ABŞ olmaqla Almaniya, Böyük Britaniya və Fransa kimi bəzi Qərb ölkələrinin dəstəyi ilə regional və qlobal sülhə və təhlükəsizliyə misli görünməmiş şəkildə təhlükə yaradır.”

Son iki ildəki regional hadisələrə toxunan Baqayi, Suriyada baş verənlərin İsrailin militarizmi, ekspansionizmi və mülki şəxslərə qarşı hücumları qarşısında beynəlxalq ictimaiyyətin susqunluğunun nəticəsi olduğunu qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp