Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bəqai çərşənbə axşamı verdiyi bəyanatda son 24 saat ərzində 100-dən çox fələstinlinin həlak olduğunu bildirib və hücumlarda Fələstin Qanunvericilik Şurasının üzvü Məhəmməd Fərəc əl-Qul ilə tanınmış Quran qarisi Ala Azzam və ailəsinin də hədəf alındığını qeyd edib.

O, Qəzzaya ərzaq və dərmanların buraxılmamasını, mülki əhaliyə aclıq və susuzluğun zorla tətbiq olunmasını, eləcə də məcburi köçkünlərin toplaşdığı çadır düşərgələrinin bombalanmasını “vəhşi müharibə cinayəti” adlandırıb.

Bəyanatda ABŞ və İsrailin qurduğu guya humanitar yardım mərkəzlərinin mülki şəxslər üçün tələyə çevrildiyi, bu mərkəzlərin ac-susuz qadın və uşaqların hədəf alındığı hücumlara səhnə olduğu bildirilib.

Bəqai insan hüquqları və beynəlxalq humanitar hüquq sahəsində məsuliyyət daşıyan bütün hökumətləri və beynəlxalq təşkilatları təcili tədbir görməyə çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp