Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Qoşulmama Hərəkatı Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Uqandanın paytaxtı Kampalaya səfər edən Arakçi, Myanmalı həmkarı Tan Sve ilə görüş keçirib.

Görüş zamanı tərəflər ikitərəfli əlaqələri müzakirə edib və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparıblar.

Hər iki nazir iki ölkə arasında müxtəlif iqtisadi və ticarət sahələrində əməkdaşlıq imkanlarının müəyyən edilməsinin vacibliyini vurğulayıb.

Bu məqsədlə İran və Myanma arasında diplomatik və iqtisadi nümayəndə heyətlərinin mübadiləsini asanlaşdırmaq barədə razılığa gəlinib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp