Kallas: PUA-lar müharibənin təbiətini yenidən müəyyənləşdirir
Brüssel, 15 oktyabr (Hibya) – Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının sədr müavini Kaya Kallas bildirib ki, pilotsuz uçuş aparatları müharibənin təbiətini yenidən müəyyənləşdirir.
Kallas vurğulayıb ki, pilotsuz uçuş aparatları müasir münaqişələrin mahiyyətini köklü şəkildə dəyişir.
O bildirib: “PUA müdafiə sistemlərinə sahib olmaq artıq seçim deyil, zərurətdir. Məqsədimiz 2027-ci ilin sonuna qədər funksional anti-PUA müdafiə sistemlərinə sahib olmaqdır.”
Azərbaycan İnformasiya Agentliyi