Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Seyyid Abbas Əraqçi, İndoneziya xarici işlər naziri Retno Marsudi ilə telefonla danışıb.

Nazirliyin açıqlamasında qeyd olunub:

"Əraqçi İran və İndoneziyanın iki böyük inkişaf etməkdə olan müsəlman ölkəsi olaraq münasibətləri gücləndirməsinin vacibliyini vurğulayıb. O, iki ölkə arasında əvvəlki razılaşmaların diqqətlə izlənməsinin zəruriliyini və bu məqsədə çatmaq üçün davamlı və yüksək səviyyəli münasibətlərin əhəmiyyətini qeyd edib. İndoneziya XİN rəhbəri isə Qəzza və İordan çayının qərb sahilindəki Fələstin xalqının faciəvi vəziyyəti ilə bağlı iranlı həmkarının fikirlərinə qatıldığını bildirib və İslam ölkələri arasında dərhal atəşkəsə nail olunması və humanitar yardımın fasiləsiz şəkildə çatdırılması üçün ortaq səylərə və razılaşmaya ehtiyac olduğunu vurğulayıb."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp