Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi, Motegi Toşimitsunu Yaponiyanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Əraqçi bildirib ki, İran və Yaponiya arasında mövcud olan qədim dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşəcəyinə inanır və deyib:

“Tokioda səfir olduğum dövrdə ölkələrimiz arasındakı sarsılmaz münasibətlərin şəxsən şahidi olmuşam. Cənab Prezidentimizin rəhbərliyi altında ümid edirəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələr qarşılıqlı etimad və anlayış əsasında daha da güclənəcək və biz həm ikitərəfli, həm də beynəlxalq səviyyədə ortaq məqsədlərimizə doğru böyük irəliləyiş əldə edəcəyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp