Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

IDF-in açıqlamasına görə, Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri və pilotsuz uçuş aparatları İsrailin daxili bölgələrinə yönəlmiş onlarla raketi atılmadan əvvəl İranda hədəfə alaraq məhv ediblər.

Açıqlamada qeyd olunur ki, “İran hava məkanında olan Hərbi Hava Qüvvələrinin hava vasitələri raket qurğularını aşkarlayıb və sürətli şəkildə hədəfə kilidlənərək onları vurub, beləliklə gələcək atışların qarşısı alınıb.”

Əməliyyat zamanı İran Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi və İnqilab Keşikçiləri Korpusunun yer-yer raket sistemlərinə cavabdeh komandiri öldürülüb. “Hərbi Hava Qüvvələri və Hərbi Kəşfiyyat Bölməsi İran rejiminin 20-dən çox yüksək rütbəli hərbi komandirini zərərsizləşdirib,” – açıqlamada deyilir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp