İsrail Müdafiə Qüvvələri İsfahan bölgəsində nüvə obyektinə hücum edib
Qüds, 13 iyun (Hibya) — İsrail Müdafiə Qüvvələri (IDF), İsfahan bölgəsindəki nüvə obyektinə hücum edildiyini bildirib.
IDF-in açıqlamasında qeyd olunur ki, Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Kəşfiyyat İdarəsinin məlumatları əsasında İran rejiminin İsfahan bölgəsindəki nüvə obyektinə hücum edib.
Qeyd olunur ki, obyekt zənginləşdirilmiş uranın "yenidən işlənməsi" mərhələsində olub: “Bu, nüvə silahının hazırlanması prosesində uranın zənginləşdirilməsindən sonrakı mərhələdir. Hücum zamanı metal uran istehsal edən qurğu, zənginləşdirilmiş uranı çevirmək üçün infrastruktur, laboratoriyalar və digər obyektlər məhv edilib.”
Azərbaycan İnformasiya Agentliyi