Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Nazirliyin açıqlamasında bildirilir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun İranın Xarici İşlər Naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı Moskvanın İranın nüvə proqramı ətrafındakı vəziyyəti həll etmək və İran ilə İsrail arasındakı gərginliyi azaltmaq səylərini dəstəkləməyə hazır olduğu vurğulanıb.

Rusiya Xarici İşlər Nazirliyi bildirib: “İranın nüvə proqramı ətrafındakı vəziyyətin həlli və İran ilə İsrail arasındakı qarşıdurmanın azaldılması səylərinin davam etdirilməsinə hazırlıq təsdiq olundu.”

Nazirlik qeyd edib ki, bu danışıq İran tərəfinin təşəbbüsü ilə baş tutub və 13 iyun tarixində Rusiya Prezidenti Vladimir Putin ilə İran Prezidenti Məsud Pəzeşkiyan arasında keçirilən telefon danışığının davamı olub. Nazirlik əlavə edib: “Rusiya tərəfi BMT Nizamnaməsi və beynəlxalq hüququ pozaraq İrana qarşı həyata keçirilmiş İsrailin hərbi əməlini bir daha qınadığını vurğulayıb.”

Açıqlamada o da bildirilir ki, Lavrov İran ərazisinə edilən hücumlar nəticəsində, mülki şəxslər də daxil olmaqla, çoxsaylı insan itkisinə görə həmkarına başsağlığı verib. Rusiya Xarici İşlər Nazirliyi bildirib: “Bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurası, MAQATE-nin İdarə Heyəti, eləcə də ŞƏT və BRİKS daxilində müzakirələrə davam etmək üçün razılıq əldə olunub.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp