Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Polisin məlumatına görə, hücum cümə namazından dərhal sonra, günorta saatlarında paytaxt Stokholmun qərbində yerləşən Örebro şəhərindəki məscidin avtodayanacağında baş verib.

Həlak olan şəxs məsciddən çıxarkən güllələnən 25 yaşlı bir kişi olub, yaralanan isə 20 yaşlarında başqa bir kişidir.

Hadisə yerinə çoxlu sayda təcili yardım xidməti cəlb olunub və polis əhalini hadisə yerindən uzaq durmağa çağırıb.

İsveç mediasının məlumatına görə, polis hazırda qətl, qəsdən adam öldürməyə cəhd və ağır silah cinayətləri ilə bağlı araşdırma aparır və cinayətin yerli dəstələrlə əlaqəli olduğundan şübhələnir.

İsveç uzun illərdir dəstə zorakılığı ilə mübarizə aparır və cinayətkar qruplar tez-tez sosial cəhətdən əlverişsiz immiqrant məhəllələrindən gəncləri sui-qəsd törətmək üçün cəlb edirlər.

Yerəl TV4 kanalının məlumatına görə, son vaxtlar Öreboda iki rəqib dəstə arasında gərginlik yaşanıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp