Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Xarici İşlər Naziri Sıbıha azərbaycanlı həmkarı Bayramovla görüşdüyünü bildirib. O, görüşdə həmkarına Ukraynada davamlı sülhə aparan yolda görülən diplomatik fəaliyyətlər və bu istiqamətdə ABŞ və digər müttəfiqlərlə birgə atılan addımlar barədə məlumat verdiyini qeyd edib.

"Mən həmkarımı Ermənistanla Birgə Bəyanatın imzalanması və Cənubi Qafqazda çoxdan gözlənilən sülhün təmin olunması istiqamətində əldə olunan nailiyyətlər münasibətilə təbrik etdim.

İkili dialoqumuzda prezidentlərimiz arasında telefon danışıqları, mənim Azərbaycana səfərim, Hökumətlərarası Birgə Komissiyanın iclası və Azərbaycanın təbii qazının alınmasına dair sazişin imzalanması da daxil olmaqla müsbət dinamikanı qeyd etdik."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp