Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Baş nazir Kristersson paylaşımında Skandinaviya-Baltik Səkkizliyi liderlərinin Ukrayna ilə bağlı birgə bəyanatını elan edib. Bəyanatdan bəzi məqamlar:

"Biz Ukraynaya və Rusiya tərəfindən Ukraynaya qarşı aparılan təcavüzkar müharibəyə son qoymaq səylərinə, o cümlədən Prezident Trampın təşəbbüslərinə dəstəyimizi davam etdiririk.

Ədalətli və davamlı sülhə doğru növbəti addım Ukrayna ilə birlikdə atılmalıdır. Öz gələcəyi barədə qərarı yalnız Ukraynanın özü verə bilər. Ukraynasız Ukrayna ilə bağlı, Avropasız da Avropa ilə bağlı qərar qəbul edilə bilməz.

Təcrübə göstərmişdir ki, Putinə etibar etmək olmaz. Nəticə etibarilə, beynəlxalq hüququ açıq şəkildə pozan hərəkətlərini dayandırmaq Rusiyanın üzərinə düşən məsuliyyətdir. Rusiyanın təcavüzü və imperialist iddiaları bu müharibənin əsas səbəbləridir."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp