Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İtaliya Baş naziri Corcia Meloni ölkənin 80 illik azadlıq ildönümü münasibətilə mesaj paylaşıb.

Meloni mesajında bildirib: “Bu gün İtaliya Azadlığın 80 illiyini qeyd edir. Bu xüsusi gündə millət yenidən əldə olunan azadlığını ehtiramla yad edir və faşist rejimi tərəfindən inkar edilən, lakin 77 ildir Respublika Konstitusiyasında əks olunmuş demokratik dəyərlərin əsas əhəmiyyətini bir daha təsdiq edir. Demokratiya gücünü və canlılığını başqasına hörmətdən, dialoqdan və azadlıqdan alır – zorakılıqdan, nifrətdən və ya siyasi rəqibin legitimliyini inkar etməkdən deyil. Bu gün biz bu ildönümünü azadlıq və demokratiya naminə hər cür totalitarizmə, avtoritarizmə və siyasi zorakılığa qarşı milli bir anlaşma anına çevirmək üçün səylərimizi yeniləyirik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp