Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Lazzarini qeyd edib ki, Qəzzadakı müharibə zamanı mütəmadi olaraq aldığı ən dəhşətli xəbərlərdən biri UNRWA əməkdaşlarının ölümü ilə bağlı rəqəmdir.

Onun sözlərinə görə, bu rəqəm qorxunc həddi keçib və artıq 300-dən çoxdur: “İşçilərin əksəriyyəti İsrail ordusu tərəfindən uşaqları və yaxınları ilə birlikdə öldürülüb – bütün ailələr məhv edilib. Bəziləri isə icmalarına xidmət edərkən vəzifə başında həlak olublar.”

Lazzarini əlavə edib ki, ölənlərin əksəriyyəti BMT-nin səhiyyə işçiləri və müəllimləridir və belə deyib:

“Bu ölümləri əsaslandıracaq heç bir səbəb yoxdur. Cəzasızlıq daha çox ölümə gətirib çıxarır. Cavabdeh olanlar mütləq cəzalandırılmalıdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp