Quterreş: Daimi atəşkəsə ehtiyacımız var
Nyu-York, 19 may (Hibya) – BMT Baş katibi Antonio Quterreş, daimi atəşkəsə və girovların qeyd-şərtsiz azad edilməsinə ehtiyac olduğunu bildirib.
Quterreş bildirib ki, Fələstin İslam Hərəkatı tərəfindən 7 oktyabrda həyata keçirilən hücumları heç nə haqqlandıra bilməz və əlavə edib:
“Eyni şəkildə, Fələstin xalqına qarşı tətbiq edilən kütləvi cəzanı da heç nə əsaslandıra bilməz. İndi daimi atəşkəsə ehtiyacımız var. Girovların qeyd-şərtsiz azad olunmasına – indi. Humanitar yardımın sərbəst axınına – indi.”
Azərbaycan İnformasiya Agentliyi