Quterreş: Suriyada suverenlik həyati əhəmiyyət daşıyır
Nyu-York, 18 may (Hibya) – BMT-nin Baş katibi Antonio Quterreş Suriyada suverenlik, müstəqillik, birlik və ərazi bütövlüyünün həyati əhəmiyyət kəsb etdiyini bildirib.
BMT Baş katibi Quterreş Suriyada suverenlik, müstəqillik, birlik və ərazi bütövlüyünün çox mühüm olduğunu vurğulayıb.
O, bütün suriyalıların hüquqlarını və iştirakını təmin edən, suriyalıların rəhbərlik etdiyi və sahibləndiyi inklüziv siyasi prosesi qətiyyətlə dəstəkləməyin vacibliyini bildirib. “Bu, sülh və demokratik gələcəyə aparan yoldur,” – deyə o bildirib.
Azərbaycan İnformasiya Agentliyi