Lazzarini: Qəzza tamamilə məhv olmaq ərəfəsindədir
Nyu-York, 14 sentyabr (Hibya) - BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Baş komissarı Filip Lazzarini Qəzzadakı humanitar vəziyyətlə bağlı açıqlama verib.
Lazzarini bildirib ki, bölgə “tamamilə məhv edilir”, Qəzzanın “quraq torpağa çevrildiyini” və getdikcə “insan həyatı üçün yararsız” hala gəldiyini söyləyib.
UNRWA-nın bəyanatında vurğulanıb ki, uşaqlar aclıqla üz-üzədir, ailələr zorla köçürülür və insanlar böyük bir qorxu içində yaşayırlar.
Bölgədə genişmiqyaslı İsrail hərbi əməliyyatlarına diqqət çəkən Lazzarini, mövcud şəraitdə siyasi iradə və qətiyyətlə hərəkət etməyin vacibliyini qeyd edib.
Azərbaycan İnformasiya Agentliyi