Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BMT-nin Baş katibi Antoniu Quterreş bu gün Haitidə ən azı 40 nəfərin öldürülməsini pisləyib. Haiti mediası xəbər verib ki, silahlı dəstələr paytaxt Port-o-Prensin şimalındakı Labodrie balıqçı kəndində insanları öldürüblər.

BMT bəyan edib: “Baş katib Haitini bürüyən zorakılıq dalğasından narahatdır və Haiti hakimiyyətini bu və digər insan hüquqları pozuntularının günahkarlarının məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırır.”

Haiti mediasının məlumatına görə, qətllər, Vladimir kimi tanınan bir dəstə başçısının öldürülməsindən sonra Labodriedə baş verən dəstə müharibəsi ilə başlayıb. Vladimir ABŞ hökumətinin may ayında rəsmi olaraq terror təşkilatı elan etdiyi Viv Ansanm dəstəsinin üzvü idi.

Port-o-Prensin böyük əksəriyyətinin dəstələrin nəzarəti altında olduğuna inanılır. Ölkənin böyük bir hissəsində dövlət hakimiyyəti faktiki olaraq çökmüşdür və son illərdə minlərlə insan dəstə müharibələrində həlak olub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp