Leyen: Avropa Hindistan xalqı ilə həmrəydir
Brüssel, 12 iyun (Hibya) – Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Əhmədabadda baş verən faciəli təyyarə qəzası ilə bağlı açıqlama verib.
Fon der Leyen bildirib ki, Hindistandan gələn ürəkparçalayan xəbər Əhmədabaddakı faciəli təyyarə qəzası ilə bağlıdır.
O, bu dəhşətli itkiyə görə ailələrə və yaxınlara ən dərin başsağlığını bildirib: “Sizin ağrınızı paylaşırıq. Hörmətli Hindistan Baş naziri Narendra Modi, Avropa bu kədərli anda sizinlə və Hindistan xalqı ilə həmrəydir.”
Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib: “Bu faciəli gündə Baş nazir Modi və bütün Hindistan xalqına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz Hindistan, Birləşmiş Krallıq, Portuqaliya və Kanadadakı qurbanların yaxınları ilədir. Bu acı gündə yaşadığınız şok və kədəri bölüşürük. Hamımız mümkün qədər çox həyatın xilas olması üçün dua edir və yaralananlara tezliklə şəfa diləyirik.”
Azərbaycan İnformasiya Agentliyi