İsrail Müdafiə Naziri Kac: Bu, İsrail tarixində dönüş nöqtəsidir
İsrailin Müdafiə Naziri İsrael Kac, İrana qarşı həyata keçirilən hərbi əməliyyatdan əvvəl Baş Qərargahla (Matkal) keçirilən son iclasda bu prosesi İsrail Dövləti və yəhudi xalqı üçün "tarixi dönüş nöqtəsi" adlandırdığını açıqlayıb.
Kac bildirib ki, İsrail ordusu İranın mərkəzi komanda strukturuna qarşı əməliyyata başlayıb və bu əməliyyatın məqsədi İranın hərbi potensialını zəiflətmək və İsrailə qarşı olan məhv etmə təhdidlərini aradan qaldırmaqdır.
Müdafiə naziri, İsrail xalqının orduya güvəndiyini və əməliyyatın uğuru üçün dua etdiyini vurğulayaraq deyib: “Biz qalib gələcəyik”.
Azərbaycan İnformasiya Agentliyi